“Oxumağı pis bacarmırıq”- Mübahisə

oxumagi-pis-bacarmiriq-mubahise
Oxunma sayı: 686

“Media forum” saytının məlumatına görə, Samir Şərifov deyib: “Biz istər büdcə layihəsi, istərsə də digər layihələrlə bağlı heç vaxt ictimai müzakirədən qaçmırıq, amma bunun formatı müəyyən olunmalıdır. Parlamentdə də xalqın təmsilçiləri iştirak edir və tövsiyələrini verirlər. Amma bəzi məsələlərlə qətiyyən razılaşa bilmərəm. Fazil Mustafa deyib ki, büdcə xərclərinin 60 faizi açıqlanmır. Kiməsə eynək lazımdırsa təqdim edə bilərik. Bunlar əsassız fikirlərdir”.

Nazirin çıxışından sonra deputat Fazil Mustafa bildirib ki, büdcə layihəsi ilə bağlı verilən təkliflər layihənin daha uğurlu alınması üçündür: “Biz iqtisadçı olmasaq da, oxumağı pis bacarmırıq. Nöqsana irad tutulursa buna dözümlü olmaq lazımdır. Biz millət vəkilləri uşaq deyilik ki, bizi masqaraya qoyub “eynək taxsınlar” deyilsin. İrəli sürülən təkliflərə dözümlü yanaşmaq lazımdır”.

Milli Məclisin sədri Oqtay Əsədov bildirib ki, millət vəkillərinin şəxsiyyətinə hörmət istənilən halda vacibdir. “Lakin nəzərə alaq ki, onlar burada 10 nəfərdirlər, biz 125 nəfər”.