Boya zavodundakı yanğın söndürülüb - Video+ Yenilənib

boya-zavodundaki-yangin-sondurulub
Oxunma sayı: 5090

Bakıda yanğın başlayıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, yanğın Binəqədi rayonunda yerləşən boya zavodunda başlayıb. Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən avtomobilləri əraziyə cəlb olunub. Hazırda yanğın məhdudlaşdırılıb, söndürülməsi üçün işlər davam etdirilir.

***

FHN-dən verilən xəbərə görə, Bakının Binəqədi rayonunda ümumi sahəsi 1700 m² olan boya istehsalı sexinin ərazisinə yığılmış 174 ədəd (hər birinin həcmi 200 litr) olan boya çəlləklərinin 104 ədədi, sexin tavanına vurulmuş şüşə-pambıq üzlüyü 750 m², 2-ci mərtəbəsində sahəsi 60 m² olan 1 otağın yanar konstruksiyaları və içərisinə yığılmış 2 ədəd (həcmi 3 m³) alkid və 1 ədəd (həcmi 5 m³) olan sintetik tiner məhlulu çəlləkləri, 2 ədəd dəzgah və 3 ədəd avtokarın təkərləri yanıb.
 
Sexin qalan hissəsi və digər çəlləklər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.