...Oynamaqlarına bax! - Video

oynamaqlarina-bax-video
Oxunma sayı: 707

Azerisport.az xəbər verir ki, iki oyundan ibarət olan bu mübarizədə 4 xoşbəxt növbəti qitə birinciliyinə vəsiqəyə sahib çıxmış olacaq.

Şübhəsiz ki, bu oyunlar arasında azərbaycanlı futbolsevərləri daha çox qardaş Türkiyə yığmasının aqibəti maraqlandırırdı. Maraq üçün onu da xatırladaq ki, bu komanda seçmə mərhələnin qrup oyunlarında Azərbaycanla eyni qrupda yer almışdı. Quus Hiddinkin komandası Xorvatiya ilə dueldən qalib ayrılmaq üçün evdə baş tutacaq ilk oyunda mütləq sərfəli nəticə qazanmalıydı. Çünki cavab görüşünün Zaqrebdə keçirilməsi xorvatlara əlavə üstünlük verəcəkdi. Amma xorvatlar çoxlarının gözləmədiyi halda Türkiyənin AÇ ümidlərini elə ilk oyundaca məhv etdi. 3 cavabsız qol artıq xorvatları qitə birinciliyinə daşımış kimi görünür. Çətin ki, qardaş ölkə yığması Zaqrebdə bu yenilginin əvəzini çıxa bilsin.

Bundan əlavə daha 3 görüş keçirilib. Bosniya və Herseqovina Portuqaliyanı qəbul edib və tərəflər qolsuz heç-heçəyə razılaşıblar. Çexiya Monteneqronu 2 cavabsız qolla keçib. Estoniya isə evdə İrlandiyaya böyük hesabla məğlub olmaqla AÇ-yə getmək arzularının üstündən bəribaşdan xətt çəkib.

AÇ-2012-nin seçmə mərhələsi
Pley-off oyunları
11 noyabr

Bosniya və Herseqovina - Portuqaliya - 0:0 (0:0)

Türkiyə - Xorvatiya - 0:3 (0:2)
Qollar: Oliç, 3, Mandzukiç, 32, Çorluka, 52.

Çexiya - Monteneqro - 2:0 (1:0)
Qollar: Pilar, 63, Sivok, 90+1.

Estoniya - İrlandiya - 0:4 (0:1)
Qollar: Andreus, 13, Uolters, 67, Kin, 71; 88-pen.

trkiye-hrvatis.flv