Böyük Britaniya hökumətinə soyqırım müraciəti

boyuk-britaniya-hokumetine-soyqirim-muracieti
Oxunma sayı: 644

Femida.az-ın xəbərinə görə, bu barədə Böyük Britaniya hökümətinin elektron hökümət saytı məlumat yayıb.

Müraciətə 10 000 nəfərdən çox insan qoşulduğundan, Böyük Britaniya İcmalar Palatasının Rəhbərinin ofisi tərəfindən münasibət bildirilib.
Britaniya hökümətinin elektron hökümət saytında yerləşdirdiyi cavabda deyilir ki, İraqda Səddam Hüseyn rejimi altında uzun illər etnik və dini qruplar sistematik olaraq təqib ediliblər. Xüsusilə 1988-ci ildə İraq höküməti İraqın Şimalında təyyarələrdən zəhərli qaz istifadə etməklə minlərlə kürdün ölümünə səbəb olublar.

Amma məktubda həmçinin qeyd olunur ki, hər hansı bir genosid cinayətinin baş verib-verməməsi məsələsi hökümət tərəfindən araşdırılmamalıdır. Qeyd edilib ki, soyqırım (genosid) kimi kompleks hüquqi məsələlər iş üzrə yaradılmış beynəlxalq cinayət instansiyaları tərəfindən araşdırılmalıdır: “Yalnız beynəlxalq məhkəmənin qərarı Britaniya hökümətinin bu və ya digər genosid cinayəti barədə münasibət bildirməsi üçün vacib şərt ola bilər”.

Bu mövqe əslində qondarma “erməni soyqırımı” məsələsini əlində bayraq edən Ermənistan və bu “soyqırımı” tanıyan bəzi ölkələrin parlamentlərinə bir örnək ola bilər.