Böyük Britaniyanın səfiri Lənkəranda

Böyük Britaniyanın səfiri Lənkəranda
Oxunma sayı: 538

Böyük Britaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Carole Crofts tanışlıq məqsədilə Lənkəranda səfərdə olub. 

“Qafqazinfo” xəbər verir ki, səfər proqramı çərçivəsində səfir ilk öncə Lənkəran Şəhər İcra Hakimiyyətində İcra başçısı Taleh Qaraşovla görüşüb. Görüş zamanı İcra başçısı qonağa Lənkəran rayonunun tarixi, coğrafi mövqeyi, sosial-iqtisadi və mədəni həyatı barədə məlumatlar verib. 

Səfir rayonda İngilis dilinin geniş tədris olunmasından və əhali tərəfindən həvəslə öyrənilməsindən məmnun olduğunu bildirərək bunun Böyük Britaniya-Azərbaycan əlaqələrinin daha da genişlənməsində mühüm əhəmiyyəti olacağını vurğulayıb. 

Sonra xanım Carole Crofts Lənkəran Dövlət Universitetində tələbə və müəllim kollektivi ilə görüşüb ingilis dilinin tədrisi vəziyyəti ilə tanış olub. Daha sonra səfir Lənkəran konserv zavodunda istehsal prosesi ilə maraqlanıb.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi