“Böyük Dəbilqə” turnirində medallarımızın sayı 7 oldu

boyuk-debilqe-turnirinde-medallarimizin-sayi-7-oldu
Oxunma sayı: 1419

Bakıda keçirilən cüdo üzrə “Böyük Dəbilqə” turniri başa çatıb.

“Qafqazinfo” xəbər verir ki, millimiz son gündə bir gümüş və iki bürünc medal əldə edib. Millimizin legionerlərindən İrina Kindzerskaya (+78 kq) və Zelim Kostoyev (-100 kq) üçüncü yer uğrunda görüşdə qalib gəlib və bürünc medala yiyələniblər. 90 kq-da Məmmədəli Mehdiyev finalda serbiyalı rəqibinə uduzub. İdmançımız “gümüş”lə kifayətlənib. 

Bununla da mayın 10-da start götürmüş "Böyük Dəbilqə" turnirində medallarımızın sayı yeddi olub. Millimiz turniri bir qızıl, iki gümüş və dörd bürünc medalla başa vurub.