“Böyük İpək Yolu Gənclər Düşərgəsi” keçirilib

boyuk-ipek-yolu-gencler-dusergesi-kecirilib
Oxunma sayı: 982

“Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Böyük İpək Yolu Gənclər Düşərgəsi” layihəsi  həyata keçirilib. ​

“Qafqazinfo” xəbər verir ki, layihənin əsas məqsədi Azərbaycanda təhsil alan xarici tələbələri və yerli gəncləri yay düşərgəsində bir araya toplayaraq, onların tolerantlıq mədəniyyətinin artırılmasına, həmrəylik anlayışının dərki, əməkdaşlığının güclənməsinə töhfə vermək üçün şərait yaratmaq olub. 

4 gün ərzində keçirilən düşərgədə mədəniyyətlərarası dialoq, həmrəyliyin ideyalarının təbliği və yayılması mexanizmlərini, layihə idarəolunması, qeyri-formal təhsildə keyfiyyətin təmin olunması mövzularında təlim kursları keçiriləcək, iştirakçılar arasında əməkdaşlıq üçün işçi qrupları yaradılıb və bir sıra yerli gənclər mərkəzləri və təşkilatlarla görüşlər təşkil olunub. İştirakçılar təcrübəli olduqları, fəaliyyət göstərdikləri mövzu üzrə gördükləri işlər barədə təqdimat keçiriblər. Təqdimatlardan sonra iştirakçılar arasında təcrübə mübadiləsi aparıb, hər günün sonunda müxtəlif mədəniyyətlərin adət-ənənələrini əks etdirən mədəni tədbir təşkil edilib.

Gənclərin bilik-bacarıqlarının artırılması, Azərbaycanı dünyada tanıtmaq, Azərbaycan və digər dünya ölkələrinin tarixi –mədəni irsinin Azərbaycan gəncliyi arasında təbliği, Həmrəyliyin ideyalarının təbliği və yayılması, Digər xalqlara hörmətin aşılanması, Azərbaycanlı fəal yerli gənclər ilə digər ölkələrin gəncləri arasında əməkdaşlığın artırılması, Həmrəyliyin ideyalarının təbliği və yayılması mexanizmlərini üzrə gənclərin fəaliyyətinin və  peşəkarlığının artırılması,

Gənclər arasında tolerantlığı gücləndirmək istiqamətlərini əhatə edən düşərgə çərçivəsində Tədbirdə Qırğızıstan, Qazaxıstan, Rusiya, Gürcüstan,  Monteneqro, İran, Türkiyə, Özbəkistan, İsrail, Ukrayna, İraq, Çin, Uqanda və Azərbaycandan olan iştirakçılar  müxtəlif mədəni abidələrə, muzeylərə, ayrı-ayrı etnik-mədəni azlıqların yaşadıqları əraziləri ziyarət edib, mədəni proqramlara qatılıblar.