“Böyük İpək Yolu”nun baş katibi Çində

boyuk-ipek-yolunun-bas-katibi-cinde
Oxunma sayı: 637

“Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının baş katibi Aytən  Əliyeva Çində keçirilən Avrasiya Gənc Liderlərin Forumunda iştirak edib. 

İttifaqın mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan xəbərə görə, səfər zamanda baş katib Ümumçin Gənclər Federasiyasının  baş katibi Xanım Qing Li, Urumçi Gənclər Federasiyasının sədr müavini xanım Ban Huyan ilə görüşüb. Görüş zamanı iki təşkilat arasında ikitərəfli əlaqələrin daha da möhkəmləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb, birgə layihələr müzakirə edilib. 

Daha sonra "Vahid ideya, vahid yol" adlı seminarda iştirak edən Aytən Əliyeva təmsil etdiyi təşkilatın fəaliyyəti, həyata keçirdiyi layihələr barədə iştirakçılara məlumat verib. Qeyd edək ki, forumda Rusiya, Qazaxistan, Özbəkistan , Qırğızıstan Türkmənistan, Belarus və Çindən olan nümayəndə heyətləri iştirak edib. Forum özü işini aprelin 27-də yekunlaşdıracaq.