“Böyük İpək Yolu”nun baş katibi Polşada çağırış etdi - Foto

boyuk-ipek-yolunun-bas-katibi-polsada-cagiris-etdi
Oxunma sayı: 636

Böyük İpək Yolu Beynəlxalq Gənclər İttifaqının baş katibi Aytən Əliyeva Polşanın Varşava şəhərində keçirilən 3-cü Şərq Tərəfdaşlığı Gənclər Forumunda iştirak edib.

İttifaqın mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan xəbərə görə, forum əsasən qərar qebul etmə prosesində gənclərin rolu, könüllülük xidmətinin yayılması, gənclərin sahibkarlıq ideayalarının inkişafı, qeyri-formal təhsilin inkişaf etdirilməsi kimi mövzülar müzakirə olunub.

Formada çıxış edən Aytən Əliyeva Azərbaycan hökumətinin gənclərə xüsusi qayğısından, gənclər siyasəti modelindən danışıb.

Avropa ittifaqı Şərq Tərəfdaşlığı ölkələri ilə əməkdaşlığı genişləndirməyə xüsusi proqramlarla çıxış etməyə dəvət edib.