Böyük miqdarda kokain ələ keçirildi

Böyük miqdarda kokain ələ keçirildi
Oxunma sayı: 737

Braziliyanın Rio-de-Janeyro şəhərində 1,5 ton  kokain müsadirə edilib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ştat polisi məlumat yayıb.

Məlumata əsasən, bu Rio-de-Janeiro tarixində müsadirə olunan ən böyük narkotik partiyalardan biridir.  Ümumilikdə konteynerlərdə 1,5 ton kokain aşkarlanıb.

Hazırda polis narkotik vasitənin kimə məxsus olduğunu və hansı ölkəyə getməli olduğunu müəyyən etməyə çalışır.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi