“Böyük oğlumuz, qızımız var, amma arvadım bu yola düşdü”

boyuk-oglumuz-qizimiz-var-amma-arvadim-bu-yola-dusdu
Oxunma sayı: 4708

Bakı Ağır Cinayətlər Məhkəməsində arvadının başqa kişi ilə şəkillərini görən və onu öldürməkdə təqsirləndirilən Rəfayıl Feyziyevin məhkəməsi keçirilib. 

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Rasim Sadıxovun icraatında olan prosesdə baxış iclası baş tutub. 

R. Feyziyev deyib ki, Rövşən adlı şəxs onun arvadını şantaj edib: "Qardaşıma arvadımın şəkillərini göndərirdilər, sosial şəbəkələrdə ev ünvanımı yazıb şantaj edirdilər. Arvadımdan soruşanda "bilmirəm" deyirdi. Mən həmin adamdan polisə şikayət etdim, sonra Rövşənlə parkda görüşdüm. Mənə dedi "get evdə komputerdə şəkillərə bax". Mən də gəlib baxdım, arvadımın həmin oğlanla şəkillərini gördüm. Niyə belə etdiyini soruşanda "yaxşı eləmişəm" dedi. Bizim böyük oğlumuz, qızımız var, amma arvadım bu yola düşdü. 

Hadisədən əvvəl qızımı marketə göndərdim ki, mənə kontur alsın. Sonra arvadımı öldürdüm, 4-5 bıçaq vurdum. Həyətə düşüb polisə təslim olmağa gedəndə oğlumla rastlaşdım. Hara getdiyimi soruşdu, "get evə, birazdan gəlirəm" dedim. Oğlum gələn ay hərbi xidmətə gedəcək. Arvadımı namus üstündə öldürdüm". 

İttihama görə, 2018-ci  il mayın 18-də Sumqayıt şəhərinin 9-cu mikrorayon ərazisində yaşayan  1982-ci il təvəllüdlü Rafət Feyziyeva əri R.Feyziyev tərəfindən 18 dəfə bıçaqlanaraq qətlə yetirilib.

Məlumata görə, R.Feyziyev həyat yoldaşının ona xəyanət etdiyini öyrənib və onun yad kişi ilə fotoşəklini tapıb.

Murad Əhməd