“Böyük oyun”da bayraq qalmaqalı

boyuk-oyunda-bayraq-qalmaqali-
Oxunma sayı: 644

Sportal.az xəbər verir ki, asayiş keşikçiləri "UltraNeftçi" fan-klubunun rəhbəri Ceyhun Əzizlini döyüblər. Əzizlinin dediyinə görə, fiziki təzyiqə məruz qalmağına Azərbaycan bayrağını qaldırması səbəb olub.

Ceyhun polslərin bayrağımızı təhqir etdiyini bildirib.

Qeyd edək ki, böyük oyun adlandırılan "Neftçi" - "Xəzər Lənkəran" matçı bu gün Neftçinin cənublular üzərində 2-1 hesablı qələbəsi ilə başa çatıb.