“Böyük oyunları kiçik epizodlar həll edir” - Keyn

“Böyük oyunları kiçik epizodlar həll edir”
Oxunma sayı: 1534

İngiltərə millisinin forvardı Harri Keyn Xorvatiyaya uduzduqları oyunu şərh edib.

“Qafqazinfo” xəbər verir ki, mundialın hazırki bombardiri üzüntülü olduqlarını bildirib:

“Bizim üçün dəhşətli turnir idi. Amma yarımfinalda uduzmaq çox kədərlidir. Biz finala getmək istəyirdik. Hesab edirəm ki, sonuna qədər bacarmadıq. Böyük matçları kiçik epizodlar həll edir. Topla uğurlu davranmaq lazımdır. Bu dünya çempionatı bizə müsbət şeylər verdi. İki ildir ki, böyük addım atmışıq”.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi