“Böyük sevgidən sonra nəyəsə başlamaq…” - Nigar

boyuk-sevgiden-sonra-neyese-baslamaq
Oxunma sayı: 946

“Ürəklə düşünəndə kədərlənirsən. Heç vaxt düşünməzdim ki, böyük sevgidən sonra yeni nəyəsə başlamaq belə çətin olacaq”. 

“Qafqazinfo” xəbər verir ki, bu sözləri müğənni Nigar Camal rəsmi instaqram səhifəsində paylaşıb. 

“Eurovision 2011”in qalibi diqqət mərkəzində olmağın çox asan olduğunu bildirib:

“Ətrafda daim çoxlu insanlar var və deyəsən, diqqət mərkəzində olmaq çox asandır. Lakin, hər şey darıxdırıcı və maraqsızdır ki, ətrafındakıları görmürsən. Ürəkdən status yazırdım, ağıl da ona qoşuldu və bütün romantikanı korladı. Qısası kədərlənmək mənlik deyil”.