Böyükağa Hacıyev infarkt keçirdi - Təcili əməliyyata alındı

Böyükağa Hacıyev infarkt keçirdi
Oxunma sayı: 1612

Tanınmış məşqçi Böyükağa Hacıyev xəstəxanaya yerləşdirilib.

“Qafqazinfo” Futbol11.az-a istinadən xəbər verir ki, təcrübəli məşqçi infarkt keçirib və əməliyyat masasına uzanıb.

Onun vəziyyətinin yaxşı olmadığı gələn xəbərlər arasındadır.

Qeyd edək ki, 59 yaşlı Hacıyev məşqçilik karyerası ərzində “Qarabağ”, “Araz Naxçıvan”, “Maşınsazi”, “Traktor Sazi”, “Bakı”, “Standart” və “Neftçi” kimi komandaları çalışdırıb.

O, “Bakı” və “Neftçi” ilə Azərbaycan çempionluğunu, eyni zamanda ölkə kubokunu qazanıb. Avropa Liqasının qrup mərhələsinə komanda çıxaran ilk azərbaycanlı məşqçi kimi də tarixə düşüb.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi