Böyükağa Hacıyevin durumu kritikdir - “Ürəyi 20 faiz işləyir”

boyukaga-haciyevin-durumu-kritikdir
Oxunma sayı: 2413

“Neftçi”nin sabiq baş məşqçisi, AFFA Məşqçilər Komitəsinin üzvü Böyükağa Hacıyevin durum stabildir.

Bu barədə “Qafqazinfo”ya məşqçinin oğlu Yusif Hacıyev məlumat verib.

O bildirib ki, atasının durumu stabil olsa da, kritikdir:

“Hazırda durumu stabildir və dünənkinə nisbətən yaxşıdır. Lakin vəziyyət kritik olaraq qalır. Ürəyi 20 faiz işləyir. Ona görə də ikinci əməliyyat risklidir”.