Böyüklərin toplantısı bitdi

boyuklerin-toplantisi-bitdi
Oxunma sayı: 641

Sammitin nəticələrinə əsasən yayılan məlumatda Türkiyənin 2015-ci ildə bu quruma sədrlik edəcəyi, yəni 2015-ci ildə G-20 iclasının Türkiyədə keçiriləcəyi bildirilir.

Məlumata görə, G-20-nin iclaslarına 2012-də Meksika, 2013-də Rusiya, 2014-də isə Avstraliya ev sahibliyi edəcək.

Türkiyənin ev sahibliyindən sonra G-20-də sədrlik sistemi dəyişəcək.

Yeni qəbul edilmiş qərara görə, 2015-də sonra sədrlik bölgə qruplarının içərisindən seçiləcək. İlk olaraq Asiya qrupunu təşkil edən Çin, İndoneziya, Yaponiya və Cənubi Koreyanın arasından bir ölkə seçilməlidir.