“Böyümək üçün bu cür böyük məğlubiyyətlər lazım olur” - Qurban Qurbanov

boyumek-ucun-bu-cur-boyuk-meglubiyyetler-lazim-olur
Oxunma sayı: 2357

“Məğlub olduq. Dünəndən bu oyun haqda çox danışırdıq. Fikrimiz rəqibdən çəkinməyərək, öz oyunumuzu oynamaq idi. Bunu bacardıq. Rəqibin ustalıq səviyyəsi öz sözünü dedi. Futbolçulara və azarkeşlərə təşəkkür edirəm. Onlar möhtəşəm idilər. Böyümək üçün bu cür böyük məğlubiyyətlər lazım olur. Qalib gəlmək üçün isə qol epizodları yaratmalısan. Yaratdığımız qol epizodlarından yararlana bilmədik”.
 
“Qafqazinfo” xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin II turunda İngiltərə təmsilçisi “Arsenal”a evdə 0:3 hesablı məğlubiyyətdən sonra söyləyib.
 
46 yaşlı mütəxəssis bildirib ki, oyun ərzində pressinq tətbiq etmələri düşünülmüş addım olub: “Pressinq tətbiq etməyimiz düşünülmüş idi. Emerinin son dəfə nə zaman 3 mərkəz müdafiəçi ilə oynadığını xatırlamıram. Heyəti görəndən sonra bəzi dəyişikliklər etdik. Amma bu, bizim üçün tanış sistemdir. Azarkeşlərə yaxşı futbol göstərmək istəyirdik. Bunu bacardığımız üçün sevinirəm”.