Boyunbağı qarət edənə 10 il həbs verildi

Boyunbağı qarət edənə 10 il həbs verildi
Oxunma sayı: 563

Bakı Ağır Cinayətlər Məhkəməsində  qadınlara boyunbağısını quldurluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən Qazaxıstan vətəndaşı Alı Tağıyevə hökm oxunub. 

"Qafqazinfo"nun verdiyi xəbərə görə,  hakim Səbuhi Hüseynovun icraatında olan prosesdə məhkəmə kollegiyasının hökmü ilə A.Tağıyev 10 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, A.Tağıyev Nəsimi rayonu ərazisində Bakı şəhər sakini Ülkər Rəhimovaya zor tətbiq edərək onun qızıl boyunbağısını qırıb götürərək hadisə yerindən qaçıb. 

Həmin gün rayon ərazisində Dilarə Qəniyeva adlı başqa bir qadını da döyərək onun qızıl qoyunbığısını quldurluq yolu ilə ələ keçirdiyi məlum olub. Saxlanılan şəxsin ətrafında aparılan əməliyyat tədbirləri nəticəsinə A.Tağıyevin paytaxtın Nəsimi və Nərimanov rayonları ərazisində qadınlara qarşı ümumilikdə 3 quldurluq və 2 soyğunçuluq cinayəti törətdiyi də məlum olub.

Murad Əhməd


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi