“Öz vətəndaşımızın ləyaqətli yaşamı naminə…”

oz-vetendasimizin-leyaqetli-yasami-namine-
Oxunma sayı: 634

“Qafqazinfo”nun məlumatına görə, bu fikirləri bu gün Bakıda keçirilən Azərbaycan Avropa Hərəkatının “Avropaya inteqrasiya prosesində vətəndaş cəmiyyətinin rolu” mövzusunda keçirilən tədbirlərdə çıxış edən millət vəkili, BQP Başqanı Fazil Mustafa səsləndirib. Millət vəkilinin fikrincə, Azərbaycanda azad rəqabət mühitinin olmaması, özəl sektorun müstəqil qərarlar verə bilməməsi, bazar iqtisadiyyatı yerinə inhisarçılıq iqtisadiyyatının real məzmun kəsb etməsi məhz bu dəyərlərə neqativ münasibətimizin bariz göstəricisidir. Biz çox zaman Dağlıq Qarabağ məsələsinin yaratdığı çətinlikləri və mentalitetlə bağlı uyuşmazlığı bəhanə olaraq dilə gətirməklə məşğuluq, halbuki, tədricən demokratik bir Avropa dövlətinə çevrilməyimiz üçün kimisə razı salmaq üçün deyil, öz vətəndaşımızın ləyaqətli yaşamı naminə səmimi islahatlara başlamalıyıq. Bunun da ilkin şərti üç təməl hüququn –Yaşamaq, Azadlıq və Mülkiyyət hüququnun təmin olduğu bir ölkə imicinin ortaya qoyulmasıdır.