Özbəkistanda qadınlar zorla sonsuzlaşdırılır

ozbekistanda-qadinlar-zorla-sonsuzlasdirilir
Oxunma sayı: 636

“Azerimuslims.com” Türkiyə mətbuatına istinadən bildirir ki, Özbəkistanda qadınlar razılıq vermədikləri halda zorla sonsuzlaşdırılır. Sözügedən ölkədə bir çox həkim-ginekoloqa aylıq sonsuzlaşdırma kvotasının verildiyi yazılıb.

Özbəkistan vətəndaşı Adolat adlı qadın həkimlərin doğuşdan sonra sonsuzlaşdırıldığını söylədiyini, səbəbini soruşduqda isə ölkədə qanunların belə olduğu cavabı aldığını deyib. BBC telekanalının topladığı məlumatlarda isə Özbəkistanda qadınların sonsuzlaşdırılması prosesinin artıq iki ildir ki, gizli şəkildə həyata keçirildiyi əks olunub.

Adının açıqlanmasını istəməyən paytaxt Daşkənd şəhərinin sakini həkim-ginekoloq hər il neçə qadının sonsuzlaşdırılması ilə bağlı plan verildiyini etraf edib. Sözügedən həkim ona verilən kvotanın ayda dörd qadının sonsuzlaşdırılması olduğunu deyib.
İndiyədək on minlərlə qadının sonsuzlaşdırıldığı ölkədə bu prosesin əhalinin sayının nəzarətdə saxlanılmasına və ölüm hallarının azalmasına nail olmaq üçün həyata keçirildiyi iddia edilib.

Mütəxəssislər sözügedən iddianı absurd hesab edərək, hökumətin bununla daha fərqli niyyətlərini həyata keçirməyə çalışdığını qeyd edirlər.