Özcan Deniz evləndi - Fotolar

ozcan-deniz-evlendi-fotolar
Oxunma sayı: 641

Türkiyənin sevilən sənətçisi Özcan Deniz üç il eşq yaşadıqdan sonra yollarını ayırdığı “Yapraq dökümü”nün Neclası Fahriye Evcenle evlənib. “Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən məlumatına görə, cütlük, Ö. Denizin ssenaristliyini və rejissorluğunu etdiyi yeni filmi “Evim sensin”də baş rolu paylaşırlar. Keçmiş sevgililər ötən gün filmin toy səhnələrini çəkiblər. Onlar gəlinlik və bəyliklə kamera qarşısına çıxıblar.

Böyük sevgilə bir-birinə bağlı olan cütlüyü canlandıran Ö. Deniz və F. Evcen çəkilişlərdə duyğulu anlar yaşayıblar.

Nigar Məmmədli