Özündən 13 yaş kiçik arvadını bıçaqladı

ozunden-13-yas-kicik-arvadini-bicaqladi
Oxunma sayı: 655

Suraxanı rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, rayonun A. Rzayev küçəsi, 53 ünvanında yaşayan 46 yaşlı ər özündən 13 yaşlı kiçik arvadını bıçaqlayıb.

Belə ki, 1966-cı il təvəllüdlü Vahid Hüseyn oğlu Abbasov arvadı 1979-cu il təvəllüdlü Afaq Adil qızı Məmmədovanı bıçaqlayıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Hadisəni törədən Vahid Abbasovu polis saxlayıb. Onun arvadını qısqanclıq üzündən bıçaqladığı məlum olub.Faktla bağlı araşdırma aparılır.