Özünü öldürən rəislə bağlı şok xəbər

ozunu-olduren-reisle-bagli-sok-xeber
Oxunma sayı: 649

“Qafqazinfo”ya daxil olan məlumata görə, mərhum polis mayoru Asif Quliyev hadisədən bir gün əvvəl möhkəm döyülərək huşsuz vəziyyətdə evinin qarşısına atılıb. Həmin günün səhərisi özünə qəsd edib. Onun narkotik asılılğı olması kimi xəbərlər də var.

Məsələ ilə bağlı Balakən Rayon Prokurorluğundan öyrəndik ki, Asif Quliyevin hadisədən əvvəl döyülməsi, narkotik asılılığının olaması kimi nüanslar ekspertizanın rəyindən sonra məlum olacaq. Ekspertin mərhumun bədənində güllə yarasından başqa xəsarətlərin olması, qanında narkotik maddə tapılması ilə bağlı rəyi olmadan heç bir açıqlama vermək olmaz.

Prokurorludan o da bildirildi ki, A.Quliyev özünü iş yoldaşlarının gözü qarşısında gülllələyib. Onun belə addım atması polis yoldaşlarını da sarsıdıb. Hadisə A.Quliyev silahı təhvil verən zaman baş verib. Hissə növbətçisinin yanına gələn rəis əvvəl tapançasının patron daraqlarını təhvil verib. Növbətçi patronları sayandan sonra silahı gözlədiyi anda atəş açılıb. A.Quliyev tapançanı növbətçiyə vermək əvəzinə öz başına sıxıb.

Hazırda faktla bağlı cinayət işinin istintaqı davam etdirilir.