Özunu “şiş”ləyən canlar - Xərçəng

ozunu-sisleyen-canlar-xerceng-
Oxunma sayı: 2590





4 fevral- Bu günü bütün dünya xərçəng xəstəliyi ilə mübarizə günü kimi qeyd edir. Son illərin getdikcə cavanlaşan və artmaqda olan xəstəlikindən biri də xərçəngdir. Alimlərin sonuncu hesabatına görə, müalicəsi uzunsürən xərçəng dünyada ən çox ölümə səbəb olan xəstəliklər siyahısında ilk sırada yerləşir. Dünya Səhiyyə Təşkilatına görə, hər il 12 milyon 400 adama xərçəng diaqnozu qoyulur. Hər il təkçə süd vəzi xərçənginə 1 milyona yaxın qadın tutulur və 0,5 milyonu isə həyatını itirir. Azərbaycanda da vəziyyət qənaətbəxş deyil, ildən ilə onkoloji xəstəliklərdə yüksəlmə qeydə alınır. 2009-cu ildə 7553 nəfər (5295nəfər ölüb) rəsmi qeydiyyatda idisə, 2010-cu ildə bu rəqəm 8119 nəfər (5347nəfər ölüb), hazırda isə 9000-dən çox insan bu xəstəliyin adını gəzdirir. Yerli mütəxəsislərin fikrincə, bizdə də bu xəstəlik xüsusiylə qadınlar arasında üstünlük təşkil edir. Son 7-8 ildə isə süd vəzi xərçəngi öndə gedir. Özü də xəstəliyin yaşı da cavanlaşıb, 40-dan sonra meydana gələn xəstəlik, indi 35-40 yaşlarında da görünür. Vaxtında müayinənin gecikdirilməsi son vaxtlar bədxassəli şişlərin müalicəsini də aparmaqda çətinlik törədir.

Budünədək xərçəng xəstəliyinin səbəbləri tam aydınlaşdırılmayıb. Amma bütünlükdə bu bəlanın səbəbi kimi ekoloji tarazlığın pozulması, konserogenlə zəngin- əsasən müasir sivilizasiyanın ərzaqları və natəmiz ətraf mühit ehtimal olunur. Alimlər sivilizasiya ilə təması mümkün qədər minimuma endirməyi də tövsiyə edirlər. Onların qənaətincə, bu, öz sağlamlığını təmin etmənin yeganə yoludur. Bu isə çətin məsələdir. Yenə də inkişaf, bir az da tənbəlliyə (artıq yeni texnikaların tətbiqi qadınlara evdə iş saxlamır) dəstək verəcək kəşflər, yeniliklər öz işindədir.
Hər il dünyanın müxtəlif ölkələrində alimlər tərəfindən müxtəlif tədqiqatlar aparılır. Çoxu xərçəngi təslim edəcək çarə tapdığını bəyan edir.

Xərçəngin “dost”u və “düşmən”i

Alimlərin fikrincə, televizora baxılan hər bir saat xərçəng xəstəliyi riskini 9 faiz çoxaldır.
Xərçəng hallarının üçdə biri siqaretlə bağlıdır. Elə bu səbəbdən də kişilər arasında ağciyər xərçəngi çoxluq təşkil edir. Dünya Xərçəng Araşdırma Fondu ehtimal edir ki, 2050-ci ildə dünyanın 24 milyon insanında xəstəlik meydana gələcək, nəticədə 16 milyonu dünyasını dəyişəcək. Pəhrizə diqqət verilməsi, eləcə də idmanla məşğul olmaq bu halların sayını dörddə bir dəfə azalda bilər. Çəkinin artması, siqaretdən müntəzəm istifadə ilə xərçəng halları çox güman ki, artıracaq.

Sarıkök-Alimlər nümayiş etdiriblər ki, sarıkökdəki maddə xərçəng hüceyrələrini öldürə bilir. Kurcumin (curcumin) adlı maddənin müalicəvi keyfiyyətinin olması barədə çoxdan gümanlar var idi.Artıq ondan artrit və hətta əqli zəiflik xəstəliklərinin müalicəsi üçün sınaqlarda da istifadə edilir.

İrlandiyadakı Kork Xərçəng Mərkəzindəki sınaqlar onu göstərir ki ,bu maddə laborator şəraitdə qida borusundakı xərçəng hüceyrələrini öldürə bilir. Xərçəng ekspertləri hesab edirlər ki, son tapıntı həkimlərə yeni müalicə yollarının araşdırılmasında kömək edə bilər.

Günəş - Son 40 ildə günəş şualarından xərçəng xəstəliyinə tutulma riski düz 45% artıb.
Bəzi mütəxəssislər artıq günəş vannası qəbul etməyin əvvəllər olduğu kimi xeyirli yox, əksinə, zərərli olduğunu bildirir: «Ən həssas nöqtələr isə bədəndəki xallardır. Günəş şüaları altında xalların hüceyrələri fəal şəkildə çoxalmağa başlayır. Nəticədə orada insanı 2 aya öldürə biləcək bədxassəli şişlər yarana bilər.Bundan başqa son vaxtlar süni qaralmalar –salyarilr də qadınlarda dəridə-melomana adlı şişləri əmələ gətirir.

Əncir - Qurani Kərimdə 95-ci surənin adı olan «Tin» «əncir»in xərçəng xəstəliyi də daxil olmaqla bir çox xəstəliyə müsbət təsir göstərdiyi ortaya çıxmışdır. İzmir şəhərində təşkil olunan I Bеynəlxalq Əncir Simpoziumunda çıxış еdən Еgеy Univеrsitеtinin müəllimi Prof. Habil Çolakoğlu, yalnız Türkiyədə yеtişən «sarılop» əngir növünün xərçəng xəstəliyinin bir çox növünə müsbət təsir göstərdiyini qеyd еtmişdir. Əncirin tərkibində olan minеrallar baxımından zəngin mеyvə olduğunu və anеmiyaya (qan azlığına) müsbət təsir еtdiyini bildirən Çolakoğlu: «Xüsusən də hamiləlikdə, kiçik yaşlı uşaqlarda, başda anеmiya olmaqla bir çox xəstəliklərə müsbət təsir göstərir, bağırsaq xəstəliklərinin və qəbzliyin müalicəsi üçün çox faydalıdır» dеdi.
Artıq еlmi tədqiqatlarda aşkar еdilib ki, kalsium, dəmir və lif miqdarı yüksək olan əncir, mədə, bağırsaq və sidik kisəsinin xərçənglərinə qarşı qoruyucu təsir göstərir….
ABŞ, Fransa və İngiltərə başda olmaqla bir çox ölkələrin еlm adamlarının apardıqları tədqiqatlara görə məlum olub ki, mеyvə təlabatının yüksək olduğu ölkələrdə insanların sağlamlıq və uzunömürlülük göstəriciləri mеyvə təlabatı az olan öklərə nisbətən yüksəkdir.

Zeytun və yağı - Artеriyada laxtalanmanın qarşısını alan və asanlıqla həzm еdilən zеytun yağının qidalandırıcı xüsusiyyəti də çox yüksəkdir…. Ürəyin ən yaxşı dostu olan və mədə xorasının qarşısını alan zеytun yağı, Е, A, D və K vitaminləri baxımından da çox zəngin olduğu üçün uşaqların qidalanmasında böyük əhəmiyyətə malikdir.
Soyuq və ya isti həzm еdilməsindən asılı olmayaraq zеytun yağı şirə ifrazını azaldır, bеləliklə qastirit və mədə xorasına qarşı qoruyucu bir maddə olur. Ödü hərəkətə gətirərək öd birləşməsinin ən idеal formada olmasını təmin еdir. Öd kisəsinin boşalmasını tənzimləyir və öd kisəsində daş olması еhtimalını azaldır. Bütün yağlar arasında bağırsaqlar tərəfindən ən yaxşı şəkildə həzm еdilən yağ zеytun yağıdır. Uşaq və yеtkin insanların sümüklərinin inkişaf еtməsində, minеrallaşmasında köməkçidir.

Düzgün və sağlam qidalanma təkcə xroniki xəstəliklərin deyil, eyni zamanda, xərçəng xəstəliyinin də profilaktikasıdır. Xərçəng xəstəliyinin yaranma səbəblərinin statistikasına görə ,səhv qidalanma tütündən sonra ikinci yeri tutur. Baxmayaraq ki, tədqiqatçılar xərçəngin inkişafına hansı ərzaqların təsir etdiyini müəyyən edə bilmirlər.
Dəqiq o məlumdur ki ,”çipsi”kimi şöhrət qazanan boyat kartof dilimlərəri konsoregen maddə gəzdirdiyindən onun satışı bir çox ölkədə eləcə də R usiyanın çox vilayətındə dayandırılıb.Bizdə isə mağazalarda uşaqların əli çatan yerdən satılır.Yağı sonuncu dəfə nə vaxt dəyişdirildiyi məlum olmayan qazanlarda bişirilən qidalar küçə ticarətində xüsusı rol oynayır. Metro stansiyalarının hər çıxışında fast-food qidaları gənclərı ev yeməyindən ayrı salır,gələcəkdə xəstəliklərlə təhdid edir.Bundan başqa gənc anaların körpəsinə şəxsi marağı ucbatından ana südü verməməsi həm onun özünü,həm də gələcəkdə övladını qorxulu xəstəliyə düçar edir. Saç boyaları- Saç boyalarından istifadə edən qadınlar digər qadınlara nisbətən xərçəngə tutulmağa daha çox risklidirlər. Kaliforniya Tibb mütəxəsisiləri belə nəticəyə gəliblər ki, saç boyasından (xüsusilə də tünd çalarlardan) istifadə immun sistemini darmadağın edən qorxulu şişin inkişafını gücləndirir. Belə ki, son 20-25 il ərzində saç boyasından istifadə edən qadınlar bu xəstəlikdən təbii saç rənginə üstünlük verən xanımlardan iki dəfə artıq əziyyət çəkirlər.

Mobil telefon - şişin inkişafını tezləşdirir
Mobil telefonlardan daimi istifadə eşitmə sinirində nevrinomanın yaranmasını iki dəfə tezləşdirir. Gündə 20-30 dəqiqə mobil telefonla danışan insanlarda xərçəng xəstəliyinə tutulma ehtimalı böyükdür.

Stress - Alimlərin fikrincə, bir porsiya stress döş xərçənginin qarşısını alır.Buna baxmayaraq, bir az öncə həkimlər stresin xəstəlik risqini artırdığını bildirmişdilər. Danimarka alimlərinin apardıqları tədqiqat göstərib ki, gündəlik stresli situasiyalar sağlamlıq üçün xeyirli olduğu halda, qəfil güclü stresin (məsələn, yaxın qohumun ölümü) mənfi fəsadları var. Həkimlərsə güclü stres keçirən və döş xərçəngi ilə şübhəli bilinən qadınları müayinə ediblər. Onlar stresi güclü, orta və zəif olmaqla üç yerə bölmüşlər, həmçinin, stres keçirən qadınların emosional hallarını və fiziki göstəricilərini qeyd ediblər. Stres xəstələrdə özünü müxtəlif cür əks etdirirdi: bəziləri gərginlik, həyəcan, səbəbsiz qorxu hissi, digərləri isə yuxusuzluq hissi keçirirdilər. Testlər göstərdi ki, yaxın qohumun ölümü, ağır xəstəlik, qəza və sair kimi güclü stres keçirən qadınlarda döş xərçəngi müşahidə olunmamışdır. Danimarka alimləri müəyyən ediblər ki, güclü stres xərçəng xəstəliyinə tutulmaq ehtimalını 40% azaldır.

Çay - qorxulu şişin əmələ gəlməsinin qarşısını alır
Son tədqiqatlar göstərir ki, həm qara, həm də yaşıl çay həzm yolunda yarana biləcək xərçəng xəstəliyinin qarşısını alır. Bu içkilərin tərkibində polifenol, antioksidant xüsusiyyətləri ilə zəngin olan kimyəvi maddələr var. Onlar hüceyrələri zədələyən boş radikalları neytrallaşdırır. Belə ki, bu xüsusiyyətə yalnız təzə dəmlənmiş çay malikdir.Amma müntəzəm qaynar çay ,içki eləcə də xörək mədə xərçənginə yol aça bilər.Bunu da mütəxəsislər söyləyirlər.

Düzgün qidalanma xərçəng xəstəliyinin profilaktikasıdır.Xəstəliyin qarşısını almaq üçün qidalanma sistemini yenidən qurmaq lazımdır. Ilk növbədə, çətinəriyən yağlardan imtina etmək lazımdır. Bu növ yağlar donuz, mal ətinin, kərə yağının tərkibində olan yağlardır. Yeməkləri bitki yağlarında hazırlamaq məsləhət görülür, məsələn, zeytun, qarğıdalı və soya yağları. Qızardılmış yeməklərdən imtina edin. Belə ki, onlar onkoloji xəstəliyə tutulma riskini artıran kanserogen maddələrini özündə cəmləşdirir. Konservləşdirilmiş və hisəverilmiş balıq və ətdən də imtina etsəniz yaxşıdır. Özünüzü xərçəng xəstəliyindən qorumaq istəyirsinizsə, onda masanızın baş yeməyi meyvə və tərəvəz olmalıdır. Ilk növbədə bu, sarı, yaşıl və qırmızı-narıncı meyvələrdir: balqabaq, xurma, ərik və s. Kələm qadın onkoloji xəstəliklərinə meyilli olanlar üçün çox xeyirlidir. Türkiyəli professor Erkan Topuzun fikrincə,daim ananas və nar şirəsinin içilməsi insanı omürboyu hər şişdən qoruyur.Onun həmkarı prof.İbrahim Saracoğlu isə bağirsaq xərçənginə qarşı kartofun qabığı ılə yeyilməsini məsləhət görür.Həmçinin, çuğundur və ispanaq da çox lazımidir. Hisəverilmiş ərzaqlar (kolbasa, sosiska) sağlamlığa böyük ziyan vurur. Təcrübələr göstərir ki, kalorili qida ,ağ undan istifadə şişlərin inkişafını tezləşdirir. Həmçinin, şişlərin yaranma tezliyinə təsir edən səbəblərdən biri kalorinin birdən aşağı düşməsinə səbəb olan yüksək fiziki gərginlikdir. Eyni zamanda, şəkərdən istifadə də məsləhət görülmür, əvəzində təmiz bal qəbul edin. Qarabaşaq, buğda, darı masada bir-birlərini əvəzləməlidir. Süd və süd məhsullarını aşağı yağlılıqda, 1,5-2,5 % qəbul etmək məsləhət görülür. Xüsusilə də otlar və onların meyvələrindən hazırlanmış içkilər. Misal üçün itburnu, qarağat, moruq, adaçayı, mərsin, başınağacı yarpaqlarından, cökə, air, gicitkən, bağayarpağı, qatırquyruğu çiçəklərindən hazırlamaq olar. Yaşıl çaya üstünlük vermək məsləhətdir. Sağlamlığınızı qorumaq naminə nədənsə imtina etməyi bacarın. Sizi nəfsiniz qurtaracaq.

Raminə Eyvazqızı