BP-nin vitse prezidenti ADNSU-da seminar keçib

bp-nin-vitse-prezidenti-adnsu-da-seminar-kecib
Oxunma sayı: 1044

Dünən BP şirkətinin Əməyin təhlükəsizliyi və əməliyyat riskləri üzrə vitse-prezidenti Orxan Quliyev Azərbaycan Dövlət Neft və Sənaye Universitetində tələbələrə “Neft və qaz sənayesində risklərin idarə olunmasının tətbiqi” mövzusunda seminar keçib. 

“Qafqazinfo” xəbər verir ki, seminarda neft-qaz sahəsində risklərin idarə olunmasına həsr olunan geniş təqdimatla çıxış edən O.Quliyev neft-qaz sənayesinin özünəməxsus təhlüklərinin olduğunu deyib və bu risklərin aradan qaldırılması yönündə görülməli olan tədbirlərdən danışıb. Neft və qaz layihələrinin bütün mərhələlərində qarşıya çıxan riskin qeyri-müəyyən və məhdud informasiya şəraitində qiymətləndirilməsi, baş verən qəzalardan və onların müasir həlli yollarından söz açan O.Quliyev tələbələrə təhlükə və risk hallarında idarə etmənin əhəmiyyətini izah edib. Seminarda həmçinin neft-qaz sənayesində potensial təhlükələr və onların qarşısının alınmasında gənc kadrların cəlb olunması məsələsinə toxunulub.

Seminarın sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb.