“BP” prezidenti Bakıya gəlir

bp-prezidenti-bakiya-gelir
Oxunma sayı: 647

Bu barədə “Oligram News” saytı yazıb. Məlumata görə, R.Dadli Azərbaycan hakimiyyətinin "BP" ilə bağlı verəcəyi “bəzi bəd xəbərlərə” qulaq asmalı olacaq. Səfərin yaxın günlərdə baş tutacağı bildirilir, amma hələlik konkret tarix açıqlanmır.

Londonda olan enerji məsələləri üzrə ekspert Con Roberts R.Dadlinin Bakıya gözlənilən səfərini şərh edərkən deyib ki, "BP" prezidenti Azərbaycan hakimiyyətinə “Azəri-Çıraq-Günəşli” yataqlarında hasilatın aşağı düşməsi, vəd edilən həcmdə neftin hasil olunmaması səbəbləri və bu problemi aradan qaldırmaq üçün nə etmək fikrində olduğu haqda izahat verməli olacaq. Mütəxəssis R.Dadlinin prezident İlham Əliyev və ARDNŞ rəhbərliyi ilə də danışıqları gözlənilir.

"BP" prezidentinin “Azəri-Çıraq-Günəşli” yataqlarında yeddinci platformanın quraşdırılması məsələsini də müzakirə edəcəyi bildirilir./anspress/