BP prezidentinin Bakıya səfəri təxirə salındı

bp-prezidentinin-bakiya-seferi-texire-salindi
Oxunma sayı: 648

BP Plc. şirkətinin prezidenti Robert Dadli yaxın vaxtlarda Bakıya səfər etməyi planlaşdırmır. Bu haqda Turan agentliyinə Londondakı məlumatlı mənbələrdən məlum olub.

Turan agentliyinin mənbəsi bildirib ki, çox güman ki, bu həftə BP rəhbəri Bakıya işgüzar səfərə gəlməyəcək. Bu onunla bağlıdır ki, hələ də BP şirkəti ilə Azərbaycan Dövlət Neft Şirkəti arasında "Azəri-Çıraq-Günəşli" müqavilə sahəsində neft hasilatının stabilləşdirilməsinə dair danışıqlar yekunlaşmayıb.

Belə ehtimal olunur ki, Robert Dadli Bakıya səfəri zamanı Azərbaycan Prezidenti İlham Əliyevə tərəflər arasında əldə edilən razılığı bildirməli və bununla da ictimaiyyətə rəsmi Bakı ilə şirkət arasında mübahisələrə son qoyulduğunu nümayiş etdirməlidir. Bunun üçün isə tərəflər bir yox, bir neçə məsələnin həllində ortaq məxrəcə gəlməlidirlər.

Ötən həftə Qərb mediası belə bir xəbər yayamışdı ki, Robert Dadli yaxın günlərdə Bakıya səfər edəcək.