Paltar dolabından kişi meyiti tapıldı

paltar-dolabindan-kisi-meyiti-tapildi
Oxunma sayı: 638

“Qafqazinfo”nun Fövqəadə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbərinə görə, nazirliyə Bakı şəhəri, Nərimanov rayonunda birmərtəbəli fərdi evdə bağlı qapı arxasında 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs evin qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Hadisə yerinə cəlb edilmiş xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə evin giriş qapısını bayır tərəfdən açıblar.

Evə baxış keçirilərkən paltar dolabında boynuna kəndir dolanmış kişi cəsədi aşkarlanıb. Cəsəd xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilib.