Parçalandılar...

parcalandilar
Oxunma sayı: 648

Ancaq elə başa düşməyin ki, “Klan-A-Plan” dağılır. Sadəcə olaraq, qrup üzvü Azər müvəqqəti olaraq Gürcüstanda, Ramil və Fərid isə Azərbaycanda öz solo fəaliyətləri üzərində çalışacaqlar.

“Qrup dağılmır. Sadəcə, bu proqram üzərində çalışmağa başlayır və kim harada öz solosu ilə uğur qazansa, o, həm də birbaşa “Klan A Plan”çı kimi uğura imza atacaq” - qrup üzvü Ramil fikrini bildirdi.

Onu da qeyd edək ki, bu cür təcrübəni “Dəyirman” qrupu da sınayıb. Üzvlər həm qrupda həm də solo fəaliyyət göstərirlər.