Parlamentdə dava düşdü

parlamentde-dava-dusdu
Oxunma sayı: 651

Belə ki, İranın subsudiyaların məqsədyönlü paylanması üzrə təşkilatının rəhbəri Behruz Muradinin parlamentin üzvü Hüseyn Hüseyni ilə sözü çəp gəlib və onun üzünə şillə vurub. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı İranın FARS xəbər agentliyi məlumat verib.

Məlumata əsasən, hadisədən sonra nümayəndələr arasında çaxnaşma yaranıb və onlar qarşıdurmanın qarşısını alıblar. Parlamentin spikeri Əli Laricani Behruz Muradini parlamentin iclasından çıxarılmasına dair göstəriş verib.

Muradi bu gün parlamentə subsudiyalar haqqında qanunun 12-ci maddəsi ilə bağlı hesabat vermək üçün çağırılmışdı.