Parlamentdə yumruq davası düşdü

parlamentde-yumruq-davasi-dusdu
Oxunma sayı: 677

Türkiyə Böyük Millət Məclisində (TBMM) müzakirələr vaxtı iqtidar millət vəkilləri ilə müxalifət millət vəkilləri arasında qarşıdurma baş verib. Türkiyə mətbuatının məlumatına görə, qarşıdurma müxalifətçi Cumhuriyyət Xalq Partiyası (CHP) millət vəkillərinin keçirdiyi məclis kürsüsünü işğal etmək aksiyasından sonra meydana gəlib. Yerli vaxtla 00.15-də (Bakı vaxtıyla 02.15) meydana gələn yumruqlaşmanın təxminən 10 dəqiqə davam etdiyi bildirilir. Bir müddət sonra millət vəkilləri bir-birindən ayrılıb, daha sonra isə tərəflər TBMM-dən ayrılıblar.

anspress