Parlamentdən Saakaşviliyə ilk hücum

parlamentden-saakasviliye-ilk-hucum
Oxunma sayı: 645

“Qafqazinfo”nun Gürcüstan mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Gürcüstan parlamentinin yeni spikeri, Respublikaçılar Partiyasının sədri David Usupaşvili bildirib.

Usupaşvilinin sözlərinə görə, yeni Gürcüstanın gələcəyini təmin etmək üçün keçmişin izlərini ortaya çıxarmaq lazımdır: “Təəssüflər olsun ki, “cinayətkarlar” sözü nə metafora, nə də siyasi simvol deyil. Bu, həqiqi durumun göstəricisidir. Mən şübhələnirəm ki, yaxın zamanlarda çox şeylər ictimaiyyətə açılacaq. Və biz zorakılıq, elitar korrupsiya, siyasi təqiblər haqqqında konkret faktları öyrənəcəyik”.

Sədr onu da əlavə edib ki, parlamentdə xanımı Tinatin Xidaşelinin rəhbərliyi ilə istintaq komissiyası yaradılacaq: “Yeni baş prokuror təyin ediləcək, polis orqanlarında dəyişikliklər ediləcək. Bir neçə təmtəraqlı işlər görəcəyik. Lakin biz heç bir halda Ukraynanın yolu ilə (eks baş nazir Yuliya Timoşenko ilə bağlı məsələ) getməməliyik”.