Partiya gənclərin mitinqini müzakirə etdi

partiya-genclerin-mitinqini-muzakire-etdi
Oxunma sayı: 651

Partiyanın mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, toplantının gündəliyinə partiyanın 2012-ci ildə keçirəcəyi qurultaya hazırlıq, təşkilat üzvlərindən qurultaya nümayəndələrin seçilməsi və digər siyasi məsələlər salınıb.

İlk öncə toplantıda Azərbaycanda və dünyada ictimai-siyasi vəziyyət müzakirə edilib. Sonra MMP Sumqayıt rayon təşkilat sədri Zülfüqarov Rövşənin təşkilatın cari ildə gördüyü işlərin hesabatı dinlənilib.

Sonra 2012-ci ildə təşkilatın fəaliyyət planı müzakirə olunub və səsə qoyularaq qəbul edilib. Daha sonra may ayına planlaşdırılan qurultaya hazırlıqlar müzakirə edilib.

Toplantıda ölkədə son günlər fəallaşan ictimai və siyasi qurumların qərarları, gənclərin təşkil etdiyi aksiyalar haqqında da fikir mübadiləsi aparılıb. Ölkədə hökm sürən duruma müvafiq təşkilat üzvlərinə tapşırıq verilib.

Toplantının sonunda partiya sədri təşkilat üzvlərini Novruz bayramı münasibəti ilə təbrik edib.