Partiya Ramil Usubovdan tələb etdi

partiya-ramil-usubovdan-teleb-etdi
Oxunma sayı: 637

Partiyanın mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan bəyanatda deyilir: “Sabirabad rayonunda Kür daşqınları ilə bağlı toplantı keçirməyə cəhd etdiklərinə görə “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının koordinatoru, KXCP İdarə Heyətinin katibi Oqtay Gülalıyev və “Turan” İnformasiya Agentliyinin baş direktoru Mehman Əliyev polis tərəfindən saxlanılıb və hal-hazırda Sabirabad rayon polis şöbəsindədirlər.

O. Gülalıyev və M. Əliyevin qanunsuz saxlanılmasını qətiyyətlə pisləyən Klassik Xalq Cəbhəsi Partiyası Azərbaycan Respublikası Daxili İşlər Naziri R.Usubovdan baş vermiş olaya münasibət bildirməsini və bu qanunsuzluğun təcili aradan qaldırılmasını tələb edir”.