Partiya sədri ABŞ Dövlət Departamentinin nümayəndəsi ilə görüşdü

partiya-sedri-abs-dovlet-departamentinin-numayendesi-ile-gorusdu
Oxunma sayı: 641

Partiyadan “Qafqazinfo”ya verilən məlumata görə, görüşdə Azərbaycan-ABŞ münasibətləri, ölkəmizdəki hazırkı ictimai-siyasi vəziyyət, Cənubi Qafqaz regionundakı münaqişələr və Ermənistan-Azərbaycan münaqişəsinin həlli yolları, Azərbaycanın Avroatlantik məkana inteqrasiyası müzakirə olunub. Asim Mollazadə qonağa partiya haqqında ətraflı məlumat verib.

Görüşdə ABŞ-ın Azərbaycandakı səfirliyinin Siyasi Məsələlər üzrə müşaviri Ceymi Smit də iştirak edib.