Partiya sədri Əli Həsənovu görüşə dəvət etdi

partiya-sedri-eli-hesenovu-goruse-devet-etdi-
Oxunma sayı: 674

Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə Əli Həsənovun bu təklifini müsbət qiymətləndirərək, görüşün Azərbaycan ictimai-siyasi mühitində yeni mərhələ aça biləcəyini vurğuladı. “Buna görə də cənab Əli Həsənovu Ümid Partiyasının Mərkəzi Qərargahında görüşə dəvət edirik. Rəsmi dövlət nümayəndəsinin bir müxalifət partiyasının qərargahında görüşə qatılması olduqca maraqlı və bu günə qədər Azərbaycanın ictimai – siyasi həyatında rast gəlmədiyimiz hadisə olardı”.

Ümid Partiyasının sədri İqbal Ağazadə cənab Əli Həsənovu 5 aprel saat 12.00-da Ümid Partiyasının qərargahında görməkdən və ölkə ictimaiyyətini narahat edən problemləri müzakirə etməkdən məmnun olacağını ifadə etdi. Həmçinin partiya sədri Əli Həsənovun vaxt və yer ilə bağlı fərqli təklifi olarsa onu da qəbul etməyə hazır olduğunu, hətta görüşün Prezident Administrasiyasında keçirilməsinin də mümkünlüyünü vurğulayıb.