Partiya sədri ilə keçmiş deputatın məhkəməsi başlayır

partiya-sedri-ile-kecmis-deputatin-mehkemesi-baslayir
Oxunma sayı: 675

“Qafqazinfo”nun məlumatına görə, Pənah Hüseynin iddia ərizəsinə sentyabrın 22-də Yasamal rayon Məhkəməsində saat 12.30-da hakim Abbas Rzayevin sədrliyilə baxılacaq.

Xatırladaq ki, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev Azərbaycan Xalq Cəbhəsinin (AXC) yaranmasının 22-ci il dönümü ilə bağlı partiyanın mətbuat xidmətinə verdiyi müsahibədə bildirib: “Mənim yadımdadır ki, Pənah Hüseyn Xalq Cəbhəsinin pullarını götürüb qaçmışdı. Xatırladım ki, Pənah Hüseyni həm də pulları oğurladığına görə Cəbhəyə buraxmadılar. Bilirsiniz ki, bununla bağlı Ali Məclisin xüsusi qərarı olub”.
Buna cavab olaraq isə Pənah Hüseyn deyib: “Hesab edirəm ki, hər cür oğurluq şərəfsizlik və alçaqlıqdır! “Ancaq böhtan atıb şər yaxmaq ikiqat şərəfsizlik və alçaqlıqdır! Mən öz şərəfimi müdafiə etmək üçün məhkəməyə müraciət edəcəyəm. AXC ilə bağlı hər hansı oğurluq faktı aşkar olarsa, hər şeyi qəbul etməyə hazıram. Yox, əgər, Qüdrət Həsənquliyev məhkəməyə gəlib dediyini sübut etməsə, ən böyük şərəfsiz və alçaqdır”.

Fatimə Kərimli