Partiya sədri prezidentə müraciət etdi

partiya-sedri-prezidente-muraciet-etdi
Oxunma sayı: 653

Partiyanın mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, partiya sədri öz müraciətində “Siyasi Partiyalar Haqqında” qanunla bağlı yeni qanun qəbul etmək məsələsi uzun zamandır ki, gündəmdə olduğunu bildirib: “Hazırda fəaliyyətdə olan siyasi partiyalar haqqında qanun 1992-ci ildə qəbul olunub. Yeni qanunun qəbulu tam təbiidir. “Siyasi Partiyalar Haqqında” yeni qanunun qəbulundan sonra Azərbaycanda fəaliyyət göstərəcək partiyaların Dövlət Büdcəsindən maliyyələşdirilməsi öz həllini tapacaqdır. Bu məsələnin hüquqi və siyasi əhəmiyyəti hər kəsə bəllidir. Təklif edirəm ki, “Siyasi Partiyalar Haqqında” yeni qanunun qəbulundan öncə SSRİ zamanında əmanət banklarında pulları olan Azərbaycan əmanətçilərinin pullarının qaytarılmasının hüquqi və əməli təminatı haqqında qanun qəbul edilsin. Fikrimcə, əmanətlərin qaytarılmasından sonra siyasi partiyaların dövlət büdcəsindən maliyyələşdirilməsi aktuallıq kəsb edə bilər. Azərbaycanda fəaliyyət göstərən bütün siyasi partiyaların rəhbərlərindən, YAP da daxil olmaqla, - bu təklifə münasibət və dəstək istəyirəm”.