Partiya sədrindən Əfşar Süleymaniyə - Cavab

partiya-sedrinden-efsar-suleymaniye-cavab
Oxunma sayı: 691

Son günlər DAK-la didişməsində də, onun ziyalıları hədəfə götürməsi, məqsədyönlü mövqedə olduğunu bir daha sübut edir. Guya səfir olduğu dövrdə çox səmərəli və dəyərli işlər görüb. Bu gün də “dəyərli” vaxtını mətbuat vasitəsi ilə millətin maariflənmə işinə həsr edir. Bu onu göstərir ki, “dost” kimi özünü təqdim edən Əfşar Süleymani, uzun illər Fars ideoloqların siyasətindən bəhrələndiyini yadından çıxarmayıb və həmən düşüncə sahibidir. Çünki onlar Quranı sağdan sola oxuduqları kimi, soldan da sağa oxumağı bacaran məmurlardı. Əslində onun xüsusən cavab xarakterli yazılarında imperiya siyasəti yürüdən Fars institutu dayanır. Mən də öz növbəmdə vətəndaş və partiya sədri kimi kənarda qala bilməzdim. Ə. Süleymaniyə cavab verməklə vəzifə borcumu yerinə yetirmək istəyirəm.

Hörmətli Əfşar Süleymani!

Hər şeydən öncə salamlarımı çatdırıram. Azərbaycan informasiya mühitində fəal olmanız münasibəti ilə sizi alqışlayıram. Önəmli olan kimin doğru olub olmasından daha çox, mübahisə meydanı açmaqdır. Çünki mütləq doğru olanı bilən Allahdır. Mübahisələr nəticəsində bir çox gerçəklər ortaya çıxa bilər. Mən Sizin, özəlliklə ana dilimizdə fikirlərinizi və münasibətlərinizi açıqlamanızı təqdir edirəm. Bəlli olur ki, cənabınızın dünyagörüşündə ana dilimizə hörmət və ehtiram vardır. Sizin yazınızı oxuduğumda bəzi mövzulara münasibətimi bildirmək ehtiyacı hiss etdim. Yazırsınız ki, “Fars dili və ədəbiyyatı keçmişdə, elə sən dediyin Səfəvi dövründə çox inkişaf edib və elə həmən zamanda rəsmi dil olub”. Fars dili və ədəbiyyatı mütəxəssisləri Səfəvilər zamanında fars dilində ədəbiyyatın inkişaf etmədiyi fikrindədirlər. Həm də Fars mütəxəssislər. Səfəvi zamanının ilk yarısını nəzərə alsaq, ən önəmli bir tək məşhur şairi var. O da Vəhşi Bafiqidir. Vəhşi Bafiqinin yaradıcılığı Hafiz, Sədi, Əttar səviyyəsində olmamışdır. Yəqin ki, bunun bir çox sosioloji və o dönəmin gerçəklərindən qaynaqlanan səbəbləri vardır. Ancaq nəzərə almaq lazımdır ki, Səfəvi dövlətinin qurucu və vurucu qolu olan qızılbaşlar fars dilini heç bilmirdilər. Onlar öz dillərində yazıb oxuyurdular. Aşıq Qurbani kimi yüzlərcə ozan türk dilində yazırdı. Şah İsmayıl Xətainin yazdığı türkçə şeirləri ana dilimizin bədii yaradıcılıq örnəklərindəndir. Səfəvi dövlətinin ikinci mərhələsində, xüsusən paytaxtın İsfahana daşınmasından sonra fars dili türk dilini sıxışdırmışdır. Ancaq bütün tarix boyu 3 dil bu geniş bölgənin gerçəkliyi olmuş və hər 3 dil bu ərazilərdə 1925-ci ilə qədər öz varlıqlarını sürdürmüşlər: 1- Din dili-ərəbcə. 2- İdarə və ədəbiyat dili- farsca. 3-Ordu və ədəbiyat dili- türkçə. Bu 3 dil öz varlıqlarını bu şəkildə uzun yüzilliklər boyu sürdürmüşdür. Nümunə üçün Səlcuq imperatorluqğunun qurucuları olan Toğrul və Çağrı bəy qardaşları fars dilini əsla bilməzdilər. Ya da Osmanlı dövlətinin qurucusu olan Osman bəy. Ancaq fars milləti bu böyük ərazilərin gerçəklərindən biri olmuşdur və onların dilinə sayqı ilə yanaşmaq lazım idi. Belə də oldu. Bu baxımdan düşünürəm ki, cənabınızın dil-tarix mövzusunda verdiyiniz bilgilərdə yanlışlıq və ya əksiklik var. Bunun səbəbi 1925-ci ildə ingilislərin yardımı ilə iş başına gələn Pəhləvi sülaləsi olmuşdur. Pəhləvi dövləti qurulduqdan sonra dillər bir-birinə düşmən elan edildi. Fars dili və ari irqi üstün sayıldı. Böyük ehtimala görə bunun cəzasını İranda yaşayan bütün xalqlar çəkəcəklər. Çünki ədalət və bərabərlik üzərində qurulmayan mülk viran olar. Pəhləvilərin əsaslandıqları dil bilgiləri və tarix teoriləri Hitler faşizmindən qidalanaırdı. Pəhləvi ideologiyası İran İslam İnqilabından sonra da dövlət sistemindən xaric edilmədi nə yazıq ki.

Yazırsınız ki, “Fars dili o qədər güclü olub ki, Osmanlı imperiyasında da istifadə olunub və elə indi də türk dilində fars və ərəb kəlmələri az deyil və türklər bunu etiraf edirlər.” Türklərin islamiyəti farslar yolu ilə öyrənmələri bir gerçəklikdir. Ona görə türk dilində “namaz”, “dəstəmaz”, “abdəst” kimi dini sözlər vardır. Ancaq bu, fars dilinin güclü olması anlamına gəlməz. Dillər, xüsusən qonşu dillər bir-birindən söz alış-verişində olmuşlar. Fars dilini də incələsəniz bir çox tük kökənli sözlər fars dilində var. Modern dilçilər və modern dilçilik bu fikirdədir ki, heç bir səmavi dil yoxdur və hər bir dilin özünə görə gözəlliyi və özəlliyi vardır. Birdili güclü sayıb başqasını aşağılamaq, ya da gücsüz görmək insan haqları anlayışına da ziddir. Türk dilində bir düşüncəni fars dilində ifadə etməyə bilərsiniz. Bu, fars dilinin pis dil olması anlamına gəlməz. Məsələn Siz fars dilində “saxlatdım”, “saxlatdırdım”, “dərinləşdirdim”, “düşündürdüm”, “güləşdirdim”, “gülüşmək”, “qazadırdım”, “Durdurmaq”, “yazdırdım”, “qazandırdım” və bu kimi yüzlərcə deyil, minlərcə sözlərin qarşılığını tapa bilməzsiniz. Bu üzdən də düşüncənin və fikir pozisiyalarının müxtəlifliyini bu qədər asanca ifadə edə bilən bir dilə İranda bu şəkildə davranılmamalıdır. Bu, ədalətli davranış deyildir. Deyirsiniz ki, İranda anayasada dillərin azadlığı vardır. Məncə bu doğru deyildir cənab Süleymani. Yəni İranda anayasada olan 15-ci və 19-cu maddələr türk dilini dövlət güvəncəsi altına almaz. İran anayasası, yalnız fars dilini dövlət güvəncəsi altına almışdır. Yalnzız fars dilində məktəblərdə tədris üçün kitablar dövlət budcəsindən yararlanaraq nəşr olunur. Qalan dillər haqqında deyilir ki, qövmlər öz dillərində istərlərsə qəzet və kitab nəşr edə bilərlər. Ancaq başqa dillərin məktəblərdə tədrisi mövzusunda İranın anayasası qərar verməmiş və hətta bunu əngəlləməkdədir. İranın anayasasına görə başqa dillərdə təhsil almaq yasaqlanmışdır. 15-ci və 19-cu maddə zatən tətbiq edilməkdədir. Yəni kiminsə imkanı olsa dərgi və kitab çıxara bilər. Ancaq ibtidai və orta məktəbi öz ana dilində oxumamış bir millət ana dilində oxuma alışqanlığından məhrum olursa, bu qəzet və dərgiləri alıb oxuyan kim olacaq? Necə ki, DR. Cavad Heyətin çıxardığı “Varlq” dərgisi 1000 tirajla çıxır, ancaq satılmayaraq kitab mağazalarında qalır. Yəni söylənənlər və bizə gələn bilgilər bu şəkildədir və məncə də bunlar doğru bilgilərdir. Çünkü insan ana dilini məktəbdə öyrənmli ki, o dildə elmi və bədii əsərlər oxuma alışqanlığına sahib olsun. Yazırsınız ki, “Sasanilərdən öncə də İran adı var idi, amma Sasanilər bu adı rəsmiləşdirdilər.” Bu məlumat da doğru deyildir. Sasanilər zamanında İran adı əsla olmamışdır. Hz. Məhəmmədin (s) Sasani padşahı Xosrov Pərvizə yazdığı məktub bir çox qaynaqlarda verilmişdir. Bu Məktubda Hz. Məhəmməd (s) “Pers padşahı” deyə xitab edər, “İran padşahı” deyil. Əski çağlarda dövlətlər sülalələrin adına olardı. Ölkə adına dövlət olmazdı. Əhəmənilər, Sasanilər, Səlcuqlar, Osmanlılar, Səfəvilər, Ağqoyunlular, Qaraqoyunlular ...

Ölkə adına dövlət qurulması modern bir hadisədir. Bu üzdən də “İran” sözü əski tarixlərdə nə siyasi bir məklanın adı olmuşdur, nə də bir ərazinin adı olmuşdur. Bunu “İran” sözünü aşağılamaq üçün yazmıram. Sadəcə tarixi bilgilərimizi dəqiqləşdirmək üçün bunları bilmək faydalı olar. “İran” və “Turan” sözləri mifik adlar olmuşlar və ilk dəfə də Firdövsinin “Şahnamə”sində keçmişdir. Şahnamədə “İran” sözü müqəddəsləşdiyi üçün zamanla insanlar bu sözə alışmışlar. Tarixdə ilk dəfə olaraq Səfəvi dövlətinin quruluşu ilə “İran” sözü şifahi olaraq tələffüz edilməyə başladı. Səfəvilərdən sonra bölgənin tarixi və sosial psixologiyası dəyişmiş və şiələşmə prosesi başlamışdır. Bunun yanı sıra “İran” sözü də tədricən gündəmə gəlmişdir. “İran” sözünün tarixə giriş macərasının xülasəsi budur. Hətta əski qaynaqlara baxsanız “İraqi-əcəm” və “İraqi-ərəb” sözləri keçər. Xaqani Şirvaninin 12-ci əsrdə yazdığı “Töfət-ül İraqeyn” əsəri də buna dəlalət edir. “Töhfət-ül İraqeyn”, yəni İki İraqın töhfəsi. İraqi əcəm indiki İran olmuşdur. Anlaşıldığı kimi, əski çağlarda İran adında siyasi bir məkan olmamışdır.

Tahir Abbaslı
Azərbaycan İslam Demokrat Partiyasının sədri