Partiya sədrinə sui-qəsd hazırlayan dəstə ələ keçirildi

partiya-sedrine-sui-qesd-hazirlayan-deste-ele-kecirildi
Oxunma sayı: 670

“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən xəbərinə görə, Adana şəhər polis idarəsinin “Türk İntiqam Birliyi Təşkilatı Müqavimət Hərəkatı” adlı qeyri-leqal cinayətkar dəstəyə qarşı apardığı əməliyyatda 14 nəfər tutulub.
Axtarış tədbirləri nəticəsində bir Kalaşnikov avtomatı, 2 sənədsiz tapança, çoxlu sayda patron ələ keçirilib. Əməliyyatda ələ keçirilən şübhəlilərin MHP sədri Dövlət Baxçalıya qarşı sui-qəsd hazırladıqları xəbər verilir.