“Partiya üzvünə qarşı zorakılıq siyasi sifarişdir” – Bəyanat

partiya-uzvune-qarsi-zorakiliq-siyasi-sifarisdir-beyanat
Oxunma sayı: 642

Partiyanın mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan bəyanatda deyilir: “Klassik Xalq Cəbhəsi Partiyasının Gədəbəy rayon şöbəsindən Ali Məclis üzvü Əli Abdullayev bugün rayon mərkəzində Gədəbəy rayon İcra Hakimiyyətinin şöbə müdiri Nahid Allahverdiyevin qardaşı Nicat Allahverdiyev tərəfindən vəhşicəsinə döyülmüşdür. Nicat Allahverdiyev yerli dinc sakinlərlə çayxanada əyləşən Ə. Abdullayevə qəflətən heç bir səbəb olmadan hücum etmiş, əlindəki küt alət hesab olunan armaturla onun gözünə və ayağının topuq hissəsinə gözlənilmədən ağır zərbələr vurmuşdur. Nəticədə çoxlu qan itirən Ə. Abdullayevin gözü zədələnmiş və ayaq topuğu sınmış vəziyyətdə rayon xəstəxanasına aparılmışdır.

KXCP Ali Məclis üzvü Əli Abdullayevə qarşı törədilən bu cinayəti Gədəbəy rayon İcra Hakimiyyətinin vəzifəli şəxsinin qardaşının törətməsi partiya üzvünə qarşı siyasi sifariş olduğunu təsdiqləyir. Əyalətlərdə siyasi müxalifət fəallarına və nüfuzlu şəxslərə qarşı belə münasibət artıq bu hakimiyyətin sonunun yaxınlaşdığının göstəricisidir.

KXCP baş vermiş hadisədən hiddətini bildirir və Azərbaycan Respublikası Daxili İşlər Naziri R.Usubovun və Azərbaycan Respublikasının Baş Prokuroru Z. Qaralovun bu cinayət hadisəsinə təcili müdaxilə edərək cinayətkarın cəzalandırılmasını tələb edir”.