Partiyadaxili müxalifət qurultaya nail oldu

partiyadaxili-muxalifet-qurultaya-nail-oldu
Oxunma sayı: 689

Onlar vacib olan 256 imzanı toplaya biliblər. İmzalar gələn həftə Mərkəzi Qərargaha təqdim olunacaq. Bundan sonra partiya sədri Kamal Kılıçdaroğlu 45 gün ərzində nizamnamə qurultayı üçün çağırış etməlidir. Onu da qeyd etmək lazımdır ki, imzaları keçmiş partiya sədri Dəniz Baykalla nizamnamədə 39-cu maddənin dəyişilməsində narazılığı olan keçmiş baş katib Öndər Savın tərəfdarlarının topladığı bildirilir.

Xatırladaq ki, CHP nizamnaməsinin 39-cu maddəsi partiya sədrinə xüsusi səlahiyyətlər verilməsi ilə bağlı idi. Dəniz Baykal bu səlahiyyətlərin alınılmasını istəmədiyi üçün imza toplamaya qarışmadı. İmzalar arasında CHP sıralarından millət vəkili olan 2 nəfərin - Samsun millət vəkili Haluk Koçun və Mərsin millət vəkili İsa Gökün də imzası var.