Partiyalara nə qədər pul verilsin?

partiyalara-ne-qeder-pul-verilsin
Oxunma sayı: 652



O, bildirib ki, “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin Venesiya Kommissiyası tərəfindən redaktə edilən variantı Azərbaycanda fəaliyyət göstərən partiyalar üçün məqbuldur: "Parlamentdə təmsil olunan partiyaların maliyyələşdirilməsi variantı qəbuledilməzdir və sevinirəm ki, bu variant artıq müzakirə edilmir. Seçkilərdə siyasi partiyaların iştirakı ilə bağlı maliyyələşdirmə variantı məqbuldur, amma, mənə belə gəlir ki, toplanan seçici səslərinin sayı və son seçkilərdə iştirakın sayı əsas götürülə bilməz. Çünki, Azərbaycanda siyasi pariyaların fəaliyyət göstərməsi üçün ədalətli rəqabət mühiti yaradılmayıb. Buna görə də, cəmiyyətin tanıdığı və bütün bölgələri əhatə edə bilən partiyalar arasında elə də böyük fərq olmamalıdır. Əlbəttə, mən yalnız AXCP və Müsavat partiyasını nəzərdə tumuram. Onlarla siyasi partiya var ki, onlar maliyyələşdirmədən kənarda qalmamalıdır.“Siyasi partiyalar haqqında” yeni qanun layihəsinə vacib bir maddənin əlavə edilməsini istərdim və bu beynəlxalq təcrübəyə əsaslanır. Azərbaycanda da siyasi partiyalara icazə verilməlidir ki, onlar Siyasi Fondlarını yaratsınlar və idarə etsinlər. Siyasi Fondlar, Hollandiya, Böyük Britaniya, ABŞ, İsveç, Almaniya, İspaniya, İtaliya və digər ölkələrdə mövcuddur və əsasən, onlar ideoloji baxışları üzrə Siyasi Fondlarını yaradıblar. Azərbaycanda da belə fondların yaradılmasına icazə verilməlidir. Siyasi partiyaya kömək etmək istəyən fərd və hüquqi şəxslər vəsaiti həmin fonda köçürə bilər və bu da hökumətin nəzarətində olar. Bu həm müxalifətə, həm də iqtidara sərf edən bir variantdır. Lakin, fonda anonim vəsaitlərin köçürülməsinə də şərait yaradılmalıdır. Çünki, indiki siyasi şəraitdə müxalifyönlü siyasi fondlara kimlərinsə vəsait köçürməsi real görünmür".

R.Nurullayevə görə siyasi partiyaların dövlət büdcəsindən maliyyələşdirilməsi və Siyasi Fondların yaradılması, eyni zamanda siyasi partiyaların sayının kəsgin şəkildə azaldılmasına və onların təmərküzləşməsinə gətirib çıxaracaq: "Bu isə ölkədə siyasi proseslərin mərkəzləşməsinə və siyasi suların durulaşmasına gətirib çıxaracaq".