Partiyanın sədr müavininin 2003-cü ildə verdiyi proqnozlar

partiyanin-sedr-muavininin-2003-cu-ilde-verdiyi-proqnozlar
Oxunma sayı: 677

O bildirib ki, 2003-cü ildə BDU-da Beynəlxalq münasibətlər fakültəsinin II kursunda oxuyarkən fakültənin elmi jurnalı üçün yazdığı elmi məqalədə qeyd olunanlar bu gün reallığa çevrilib. Məqalədə ABŞ-ın yeni yaxın şərq siyasəti ilə bağlı elmi məqaləsini nəzərdən keçirərkən maraqlı bir nüansla qarşılaşıb. 2003-də yazdığı həmin elmi-məqalədə Yaxın Şərqin gələcəyi ilə bağlı 9 proqnoz verib. Həmin proqnozları bu günkü situasiya ilə müqayisə etmək üçün diqqətinizə təqdim edirik.

1. Regionda mövcud olan avtoritar rejimlər demokratik rejimlərlə əvəz olunacaq. Yəni, Ağ Evin təsəvvüründə olan Orta Şərq Səddam Hüseynsiz İraq, Bəşər Əsədsiz Suriya, M.Qəzzafisiz Liviya (M.Qəzzafi Əfqanıstana qarşı aparılan hərbi əməliyyatları ABŞ-ın “Özünü qorumaq üçün qanuni aksiyası, talibançıları “İkiüzlülər dəstəsi və əxlaqsız kafirlər”adlandırsa da Vaşinqton 1981, 86, 88, 89-cu illər hadisələrini untumayıb), Kral Abdullasız Urdun, Səudlarsız Səudiyyə-Ərəbistanı, mollalarsız İran, əmirsiz Küveyt, Sultansız Oman və monarxsız Qətərdən ibarətdir.

2. Normal iqtisadi və sosial münasibətlər qurulacaq, regionun iqtisadi infrastrukturu modernləşdiriləcək.

3. İnsan hüquqları və demokratiya regionun daxili imkanları və potensialı hesabına təmin olunacaq.

4. Terrorizm, insan alveri, mütəşəkkil cinayətkar qruplaşmalar aradan qaldırılacaq.

5. Qurulması nəzərdə tutulan demokratiyanın və liberalitetin sərhədlərini və çərçivəsini ABŞ-ın geosiyasi maraqları müəyyənləşdirəcək.

6. Regionda ABŞ-a qarşı loyal münasibət formalaşdırılacaq. Bu işdə donor təşkilatlardan, QHT-lərdən və s. istifadə olunacaq.

7. Bölgənin iqtisadi strukturuna və neft resurslarına nəzarət Vaşinqtonun əlində olacaq.

8. Dini, etnik, ərzasi və s. münaqişələr nizamlanacaq.

9. Kütləvi qırğın və baktreoloji-kimyəvi silahlar regiondan çıxarılacaq. Hərbi siyasi balansın təmin edilməsi ilə dünyanın ən qaynar nöqtələrindən birinə çevrilən bölgədə uzun müddətli sülh təmin edilmiş olacaq. Xatırladaq ki, demokratiyanın bərqərar olduğu ölkələr arasında müharibəyə nadir hallarda təsadüf edilir.