Partlayışda çoxlu sayda insan ölüb

partlayisda-coxlu-sayda-insan-olub
Oxunma sayı: 649

“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən əldə etdiyi məlumata görə, paytaxtda bir gecəqondu səmtində əmələ gələn yanğından partlayan neft kəməri 100-dən artıq insanın yaralanmasına səbəb olub.
Boru xəttindən çıxan alovun təxminən 300 metrlik sahəyə yayılması xəbər verilir. Partlama nəticəsində ölən insanların cəsədləri yaxınlıqdakı çayda axarkən görülüb. Yanan insanlar özlərini suya ataraq xilas olmağa çalışıblar.
Ölənlərn sayının arta biləcəyi bildirilir. 2009-cu ildə də Keniyada qəzaya uğrayan bir tankerdən benzin götürməyə çalışan 122 nəfər şiddətli partlayış nəticəsində həyatlarını itirmişdi.