Partlayışda ölənlərin sayı 4-ə çatdı

partlayisda-olenlerin-sayi-4-e-catdi
Oxunma sayı: 667

Sumqayıtda dünən baş verən dəhşətli partlayışda həlak olanların sayı 4-ə çatıb. Bu barədə “Qafqazinfo”ya həmin partlayışda yaxın qohumunu itirən, hazırda hadisə yerində olan zərərçəkən məlumat verib. O bildirib ki, artıq ölən iki nəfərin şəxsiyyəti müəyyənləşdirilib. Onlardan biri Sabir Babayev, digəri isə Piri Piriyevdir və dördüncü şəxsin kimliyi də araşdırılır.

Qeyd edək ki, dünən ilkin olaraq partlayışda həlak olan şəxsin Elman Səfərov olduğu açıqlanmışdı. Beləliklə, Sumqayıt şəhərində yerləşən "Məişət malları" Açıq Səhmdar Cəmiyyətinin ərazisində baş vermiş yanğında ölənlərin sayı 4-ə çatıb.