Partlayışda yaralananların sayı 120-ni ötdü

partlayisda-yaralananlarin-sayi-120-ni-otdu-
Oxunma sayı: 678

Məlumatı “Frans Press” agentliyi yerli hakimiyyətə istinadən yayıb. Bundan əvvəl 75 nəfərin yaralandığı bildirilirdi

Zərərçəkənlərin əksəriyyəti şüşə qırıqlarından yaralanıb.

Ölənlərin sayı arta bilər. Həkimlərin sözlərinə görə, xəstəxanada 20 yaşlı kişi və bir uşaq dünyasını dəyişib. Lakin bu məlumat rəsmən təsdiqoənməyib

Xatırladaq ki, ötəngün Lyej şəhərinin mərkəzində 32 yaşlı Nordin Armani avtobus dayanacağındakı adamlara tərəf qumbara atıb. Ən son məlumatlara görə, cinayətkar güllələnib. Şahidlər isə onun özünə tapançadan atəş açdığını bildirirdilər.

Belçika Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi Peter Mertens bildirib ki, Lyejadakı insident terror aktı yox, kriminal hadisədir. Belçikanın baş naziri Elio di Rupo, Belçika kralı İkinci Albert və həyat yoldaşı hadisə yerində olublar.

anspress