Paytaxtda 10 maşın bir-birinə girdi

paytaxtda-10-masin-bir-birine-girdi
Oxunma sayı: 706

Rayon Polis İdarəsindən Milli.Az xəbər portalına verilən məlumata görə, “Qurd Qapısı” adlanan ərazidən “Sədərək” yarmarkasına gedən yolda 10 maşın toqquşub. Qəza nəticəsində 1 nəfərin xəsarət aldığı bildirilir.

İşi araşdıran Qaradağ rayon Polis İdarəsinin təhqiqatçısı Aqşin Əhmədov Milli.Az xəbər portalına bildirdi ki, qəzanı “KamAZ” markalı yük maşını törədib. Yük maşınının arxadan minik maşınını vurması zəncirvari qəzaya səbəb olub. Zərbənin təsirindən 9 minik maşını bir-birinə dəyib.
Hazırda faktla bağlı araşdırma aparılır.