Paytaxtda ağır yol qəzası oldu, 1 nəfər öldü

paytaxtda-agir-yol-qezasi-oldu-1-nefer-oldu
Oxunma sayı: 679

Qəza zamanı 1978-ci il təvəllüdlü Balayev Mənsur Ataoğlan oğlunun idarə etdiyi “Vaz 2107” markalı avtomobil naməlum şəxs tərəfindən idarə olunan “Mercedes”lə toqquşub. Qəza nəticəsində “Jiquli”nin sürücüsü hadisə yerində dünyasını dəyişib. “Mercedes”in sürücüsü isə qəzadan sonra hadisəsinin baş verdiyi ünvandan yayınıb.

Qeyd edək ki, qəzadan əvvəl “Mercedes”in sürücüsü üzü “Əzizbəyov” metorusu istiqamətində hərəkət “Vaz 2107”-nin yoluna çıxıb. Bü vaxt “Jiquli”nin sürücüsü toqquşmadan yayınmağa çalışsa da, bu mümkün olmayıb.

Hadisənin baş vermə səbəbləri isə Nizami rayon polis idarəsinin əməkdaşları tərəfindən araşdırılır. Hazırda polislər qəzadan sonra hadisə yerindən yayınan “Mercedes”in sürücüsünün şəxsiyyətinin müyyən edilərək məsuliyyətə cəlb edilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirirlər.